Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • “DəmirBank” Hesab.az ödəniş portalı ilə birgə yeni aksiyaya başlayıb

    “DəmirBank” Hesab.az ödəniş portalı ilə birgə yeni aksiyaya başlayıb. Bankdan verilən məlumata görə, “DəmirBank” kartları ilə Hesab.az saytında ödəniş edən müştərilər hədiyyələr qazanmaq şansını əldə edəcəklər.

    İyulun 11-də başlayan kampaniya üç həftə keçiriləcək. Hər həftənin sonunda Hesab.az portalında “DəmirBank” kart ilə ən çox ödəniş edən müştəri hədiyyələr qazanacaq.
     

    Bundan əlavə, portal istifadəçiləri etdikləri ödənişlərə görə topladıqları bonusları plastik kartına dəyişə bilərlər. Bunun üçün müştərilər saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30 min bonus müqabilində “DəmirBank” debet kartını əldə edəcəklər. Bu kart bir illik verilir. Həmçinin, Hesab.az saytında bank kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.
     

    “DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərə görə heç bir komissiya tutulmadan nağdsız ödəniş həyata keçirmək mümkündür.


    Share/Bookmark Baxış sayı:2832
  • Raymond Weil Tradition 5396-STC-00800
    Qiyməti: 1139 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013