Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Alexander Mcqueen qotik stildə reklam kampaniyasını təqdim etdi

    Britaniyanın moda evi Alexander McQueen qotik stildə çəkilmiş yeni reklam kampaniyasını təqdim edib. Şəkillər moda evinin internet səhifəsində yerləşdirilib.
     

    Çəkilişlər Şetland adalarında (şimali-şərqi Şotlandiya) baş  tutub.
     

    Fotosessiyaların müəllifi Ceymi Xouksvort, brendin siması isə argentinalı model Mika Arqanaraz oldu. Yeni kolleksiyanın geyimlərində o, ayaq dəymiyən səhra, xarabaya çevrilmiş  fermalar və dəniz peyzajlarının fonunda poza verib.
     

    Alexander Mcqueen - geyim, ayaqqabı və aksessuarların, həmçinin parfümeriya və alt paltarlarının istehsalında ixtisaslaşan britaniya moda evidir. Dizayner Alexander McQueen tərəfindən 1992-ci ildə yaradılıb. Nümayişlər zamanı o modelləri sellofana bükür, cadıların və ruhların obrazlarından istifadə edir, həmçinində manikenlərə gülünc makiyaj seçirdi. Makkuinin vəfatından sonra moda evinin art-direktoru Sara Berton oldu.


    Share/Bookmark Baxış sayı:3268
  • ZIPPO 24717
    Qiyməti: 68 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013