Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • "Chinar Hotel & Spa Naftalan" oteli sərfəli qiymətlərlə istirahət və müalicə təklif edir

    “Chinar Hotel & Spa Naftalan” oteli sərfəli qiymətlərlə istirahət və müalicə təklif edir. Standard otaqda iki nəfər qalmaqla iki həftəlik paketə müalicə ilə yanaşı gündə 3 dəfə yemək də daxil olmaqla adambaşına bir günlük qiymət 59 manat təşkil edir.

    Synergy Group və “AtaTravel” MMC-nin “Chinar Hotel & Spa Naftalan” otelinə keçirdiyi info tur çərçivəsində otelin meneceri Turqay Arı bildirib: “Chinar Hotel & Spa Naftalan” istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün qonaqlara cəlbedici paketlər təklif edirik”.
     

    Qeyd edək ki, “Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj və müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür.
     

    Naftalan nefti ilə normal müalicə kursu 14 gündür. Bu müddət ərzində 10 dəfə vanna qəbul etmək mümkündür. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.
     

    “Chinar Hotel & Spa Naftalan” otelində 1 Royal suite, 6 Deluxe rooms, 4 Suites, 100 Superior rooms, 59 Standard rooms olmaqla 170 yaşayış otağı var. Otaqlarda 81 ekran LCD TV, mini bar, seyf, WIFI internet, telefon və s. mövcuddur. Kompleksdə İsveç masası sistemi ilə çalışan “Sapfir” restoranı, “Lobby” kafe-bar, “Vitamin” bar və “Paradis” bar fəaliyyət göstərir.

    Ətraflı məlumat üçün xahiş edirik otel ilə əlaqə saxlayasınız: +994 050 295 66 00. https://www.youtube.com/watch?v=_3iB5apcU6U
     


    Share/Bookmark Baxış sayı:3749
  • Apple M570ZA(A)
    Qiyməti: 85 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013