Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Çinin “Dalian Wanda” şirkəti məşhur “Paramount Pictures” film studiyasının alınması ilə bağlı danışıqlar aparır















    Çin şirkəti olan “Dalian Wanda” Hollywood-un məşhur  film studiyası olan “Paramount Pictures”-in  49 faizini almaq üçün ABŞ media holdinqi “Viacom” ilə danışıqlara başladı, bu haqda “ТАСС” “The Wall Street Journal nəşr evinə istinadən xəbər verir.
     

    Bu sövdələşməyə studiyanın rəhbərliyi razı olsada, studiyanın nəzarət paketinin sahibi, milyarder Samner Redstoun studiyanın satışına qarşı çıxıb.
     

    “Dalian Wanda” şirkəti yanvar ayında amerika media holdinqi “Legendary Entertainment”-in nəzarət paketinin səhmlərinin alınması barədə razılıq əldə olunduğunu bildirib. Bildirilmişdir ki, sazişin məbləği təqribən 3,5 milyard təşkil edəcək.
     

    "Dalian Wanda şirkətin alınması haqqında qərarı yalnız filmlər üçün deyil, həm də əqli mülkiyyət hüququnun alınması üçün qəbul etmişdir " – deyə Pekində xüsusi mətbuat konfransında korporasiyanın prezidenti və Çinin varlı vətəndaşı Van Çzyanlin bildirib.
     

    "Biz ümid edirik ki, bu addım Çinə dünya kino sənayesində səsvermə hüququnu artırmağa imkan verəcək" – bunu sərvəti 40 milyard dollar dəyərində olan iş adamı, Çinin informasiya portalı olan "Tsaytszin"-ə müsahibəsində qeyd edib.
     

    İlkin olaraq, developer biznesində daşınmaz əmlak sahəsin üzrə ixtisaslaşmış Dalian Wanda, hal-hazırda kinoteatrlar üzrə dünyada ən iri şirkətlər-operatorlarından biridir: o, Şimali Amerikada  AMC Entertainment Holdings, Avstraliyada – Hoyt’s Group və Çində - Wanda Cinema Line kimi ən iri kinoteatrlar şəbəkəsinə nəzarət edir.


    Share/Bookmark Baxış sayı:3126
  • LEİCA 187-09 Leathercase for X1
    Qiyməti: 12 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013