Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • "Excelsior Hotel & Spa Baku" otelində əyləncəli tədbir

    “Excelsior Hotel & Spa Baku” otelində açıq hovuzun kənarında tədbir keçirilib. Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin və KİV-rin nümayəndələri iştirak ediblər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənnilərinin ifasında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Həmçinin, FMS Modelləri yay kolleksiyasını nümayiş ediblər.

     

    Açılış mərasimində çıxış edən “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.
     

    Tədbirdə qonaqlar arasımda lotoreya oyunu keçirildi və qonaqlar “Excelsior Hotel & Spa Baku” otelindən, Türk Hava Yollarından, “Arçelik” və digər şirkətlərdən hədiyyələr uddular.
















    Share/Bookmark Baxış sayı:3991
  • Apple MB204G/А
    Qiyməti: 50 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013