Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • İzahlı lüğət

    Televiziya

    Potensial tamaşaçı

    Televiziyanın  potensial tamaşaçısı  hər hansı bir kanalı  qəbul etmək üçün  texniki imkanları olan yaşayış məntəqələrində yaşayan bütün insanlardır. Potensial auditoriyanın ölçüsü televiziya aparatlarının sayı və növü, eləcə də yayım əhatəsindən  asılı olaraq dəyişir

    Tamaşaçı

    Otaqda oturub televizora baxan insandır

    Reytinq/Rating

    Verilişin reytinqi (reklam bloku, vaxt aralığı) hədəf qrupuna nisbətdə faizlə hesablanır. Televizora baxan hər bir  tamaşaçıya seçdiyi kanalda verilişə və qədər vaxt baxırsa  (reklam bloku, vaxt aralığı) ona görə müəyyən çəki təyin edilir. Verilişə əvvəldən axıra baxan tamaşaçıya 1, yarisina 0,5 , üçdə birinə 0,3333 və s çəkisi  təyin edilir. Bu çəkilərin cəmi  hesablanır və respondentlərin sayına- hədəf qrupunun  Qrupunun üzvlərinə bölünür

    Auditoriya / Audience

    Reytinqlər kimi sayılır ancaq faizlərlə deyil insanların sayına görə hesablanır

    Pay/ Share

    Kanalın Payı-Müəyyən kanalı seyr edən tamaşaçıların faizi. (kanalın auditoriyasının digər bütün kanalların auditoriyasına nisbətdə sayılır)

    GRP /GRP - gross rating points (ümumi reytinq xalı)

    Hesablanan  efir hadisəsinin (veriliş, reklam çarxı....) heç olmasa bir dəqiqqəsinə tamaşa edən hədəf qrupu üzvlərinin faizi Hər ayrıca götürülən efir hadisəsinin GRP-si % əhatəyə bəbabərdir.

    Yığılmış GRP/Cumulative GRP

    Hesabata daxil olan müəyyən çarxa kimi olan da daxil olmaqla  bütün çarxların məbləği kimi hesablanır

    Əhatə %/Reach%

    Nəzərdən keçirilən efir hadisəsinin heç olmasa bir dəqiqəsinə baxan hədəf qrupu üzvlərinin %-idir . Hər ayrı  çarx üçün  əhatə %-i GRP-yə bərabərdir.

    Yığılmış Əhatə /Cumulative Reach%

    Hesabta daxil edilən hazırkı çarxdan əvvəlki də daxil olmaqla çarxlardan birini görən hədəf qrupu üzvlərinin faizidir.   Yığılmış Əhatəni hesablayan zaman reklaç çarxlarını faktiki neçə dəfə görməsindən asılı olmayaraq  hər adam bir dəfə sayılır.

    İxtisaslı Əhatə / Qualified reach – aşağıdakı üsullardan biri ilə hesablanır

    • Efir hadisəsini N dəqiqə seyr edən hədəf qrupu üzvlərinin sayı
    • Efir hadisəsini N dəqiqə seyr edən hədəf qrupu üzvlərinin %-i

    Məcmutezlik/Cumulative frequency

    Reklam çarxını seyr edən hədəf qrupu üzvləri onu orta hesabla necə dəfə görüblər. Məcmu Tezlik  Yığılmış GRP-nin  Yığılmış Əhatəyə  münasibətdə  %-lə hesablanır.

    Dəyər/ Cost

    Efirdə yerləşdirilən reklam çarxının dəyəri

    CPT GRP bir GRP-nin qiyməti

    Dəyərin  (Cost) GRP-yə  münasibətində hesablanır.

    CPT(Cost Per Thousand)

    Auditoriyaya  min müraciətinin qiyməti.

    CPTReach

    Həfər qrupunun min nümayəndəsi üçün  qiymət

    CPP(Cost Per Point)-Bir xalın qiyməti

    Reklam kampaniyasının keçirilməsinə  xərclənən pulların effektivliyini xarakterizə edən abstrakt əmsal

    Media Brif/Media brifer

    Mediastrategiyanın əvvəlində media planların hazırlanması üçün məlumatların mənbəyi müəyyən edilir və burda reklam kampaniyasının keçirilməsi üçün coğrafi region, müddət, büdcə, hədəf qrupu və s məlumatlar əksini tapır.

    Radio

    15 dəqiqəlik intervalın orta reytinqi / (AQH - Average Quarter Hour)

    15 dəqiqəlik ortalama intervalda dinləyicilərin orta sayı.  Hədəf qrupundan min nəfər və faizlə hesablanır. Əgər hər hansı bir radiostansiyanın AQH –ı 155 min adama  və ya 12 yaşdan yuxarı   2% moskvalıya  bərabərdir deyilirsə, bu o deməkdir ki, ortalama 15 dəqiqə  müddətində orta hesabla heç olmasa 5 dəqiqə ərzində bu radiostansiyaya 155 min adam qulaq asır. Bu adamlar Moskva əhalisinin 12 yaşdan yuxarı 2%-ni təşkil edir.

    Sutkalıq Auditoriya (Reach Daily)

    Sutka ərzində radio dinləyicilərin toplam sayı.   Verilmiş auditoriyadan minlərlə və faizlə hesablanır. Sutka ərzində auditoriya 1390 min adam və ya  12+ Moskva əhalisinin 19,5%-ə bərabərdir.  Bu sutka ərzində radiostansiyaya orta hesabla 1,39 million adamın qulaq asdığını və bu göstəricinin 12 yaşdan yuxarı moskvalıların 19,5%-ni təşkil etdiyini göstərir.

    Həftəlik Auditoriya/(Reach Weekly)

    Həftə ərzində radio dinləyicilərin toplam sayı

    Aylıq Auditoriya/ (Monthly Reach)

    Ay ərzində radio dinləyicilərin toplam sayı

    Dinlənmənin davamiyyəti  (TSL - Time Spent Listening)

    Radionun dinlənilməsinin ümumi vaxtı. Dəqiqə ilə gün və həftə ərzində orta hesablanır

    Radiostansiyanın Payı (AQH Share)

    Bütün radio dinləyənlərin arasında müəyyən olunmuş radiostansiyanı  dinləyənlərin payı. 

    Pay/Share

    Müəyyən vaxt intervalında radio dinləyən  insanların radiostansiyanı dinləyən insanları sayına münasibəti . Faizlə ifadə olunur . Maksimum=100 (bütün dinləyicilər eyni radionu dinləyir)

    Reytinq/Rating

    Daha çox 15 dəqiqəlik vaxt aralığının auditoriyası .  İnterval ərzində bu radiostansiyaya heç olmasa 5 dəqiqə qulaq asan adamların sayı

    GRP - gross rating points / ümumi reytinq xalı  və ya TRP-target rating points/hədəfin reytinq xalı

    Media plana daxil edilən vaxt intervallarının reytinq məbləği. Bütün əhali hesablamasında – GRP,  bütün hədəf qrupu hesablamasında  – TRP.

    Cost TRP

    Punkt reytinqin dəyəri. Hesablama: ümumi xərclənən məbləğ bölünür yığılan reytinqlərin sayına

    (TRP) Hesablama:

    Cost TRP = Total Cost/TRP.

    Mətbuat

    AIR (Average Issue Readership)-oxucuların orta sayı

    Nəşrin bir nömrənin  oxucularının orta sayı . Sayla (min nəfər) və əhaliyə nisbətdə faizlə hesablana bilər.

    Coverage/Əhatə dairəsi

    Reklam kampaniyası və ya nəşr üçün hədəf qrupunun əhatə dairəsi. Nəşri heç olmasa 1 dəfə görənlərin sayı Sayla (min nəfər) və əhaliyə nisbətdə faizlə hesablana bilər.


    Share/Bookmark Baxış sayı:5370
  • ZIPPO 280CG
    Qiyməti: 60 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013