Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Reklamda şəkillərin rolu

    Bir söz var: “Bir şəkildə minlərlə söz vardır”. Ancaq bir şəklin özündə də minlərlə şəkil təsvir oluna bilər. Bir bannerdə istifadə olunmuş şəkil minlərlə fikir ifadə edə bilər, minlərlə emosiya, minlərlə obraz əks edə bilər. 

    Bir çoxları hesab edir ki, yeni vizual kommunikasiyaların aksenti sonrakı dövrün inkişaf dövrü olmalıdır. Şifahi reklam, mətnlərdən ibarət reklam lövhələri artıq geridə qalmışdır. Vizualı peşəkar yığılmış mətnlə birləşdirdikə daha dolğun və istənilən hədəf kütləsinə ünvanlanan reklam ortaya çıxacaqdır. Vizual anlatımlar insan beyninə, sadəcə mətn hissəsini oxuduğundan daha çox impuls göndərir. 

    Dünyanın ilk 1826-cı ildə fransız fotoqraf Joseph Nicephore Niepce tərəfindən çəkilmiş ilk fotosu reklam sahəsinin diqqətini çox çəkmişdi və bir şəkil ilə nə qədər çox məlumat vermək imkanı olduğunu dünyaya göstərmişdi.

    Şəkillər və insan beyni

    Şəkillər insan beynin analitik mərkəzinə toxuna bilirlər. Əlbəttə, bu fərqli insanların çəkdiyi fərqli şəkillərlə insan beyni üçün nisbətən təhlükəli rol oynayır. 

    İnsan beyni dünyada gördüklərinə qeyri-iradi qəbul edib, reaksiya verir. Və gördüyü təsvirlər beyində insana olduğu kimi çatmır, beyin ona öz “obrazını” verir. 

    Reklamda şəkil

    Obrazın sadəliyi lazım olan auditoriyaya istənilən mesaji çatdırmaqda daha çox imkan yaradır. Reklam üzərində olan yazılar birbaşa beyinə dəqiq impuls göndərir, artıq beyin ona hansısa əlavə obraz vermir və darıxdırıcı gəlir insana. Əlavə olaraq da, bu yazıları beyinin unutması çox asan olur. Yəni biz maşınla gedərkən, hansısa bill-boarda yazılardan ibarət oxuduğumuz reklamı o yerdən 15 dəq uzaqlaşdığımız anda tamamilə unuda bilərik. Şəkillər isə fərqlənirlər. İnsan beyni oxuduğu informasiya ilə yanaşı həmin informasiyaya aid olan şəkilə baxaraq beynində müəyyən impulsları qəbul etdikdən sonra ona öz beynində obraz verərək, onu xatirində saxlamalıdır. 

    Araşdırmalar göstərmişdir ki, 65% insan şəkilli reklamları yadında saxlaya bilmiş, cəmi 10% isə sadəcə yazılı reklamları yadında saxlaya bilmişdir. 

    Buradan aydın olur ki, reklamda visual kommunikasiyanın öhdəsindən gəlmək lazımdır.  Ancaq bu adi məsələ deyil, burada peşəkar əllərin əməyinə ehtiyac olunur. Hər reklamda istənilən şəkil istifadə etmək OLMAZ! Bəzən uğurlu dizaynda düzgün seçilməmiş şəkil reklamı tamamilə başqa yönlərə istiqamətləndirəcək mesajlar verə bilər. 

    İstənilən insan öz məhsulunun reklamı üçün fikir verə və şəkil seçimi edə bilər, lakin bu təcrübəsiz əllərə həvalə edilsə, o reklamdan heç bir effekt gözləməyin. Burada kreativlikdən çox təcrübə ön plana gəlir. Və amator dizaynerlərin reklam işlərini ilk dövrlərdə etməməlirini şiddətlə məsləhət görərdim.

    Reklam seyircilərdə ilk öncə bu sualları doğurmalıdır: Şəkil nədən bəhs edir? Şəkil bizə nə demək istəyir? Şəkildə subyekt (reklam olunan məhsul ya da fikir) haradadır? 

    Hətta reklamda istifadə olunan rənglərcdə çox mühüm rol oynayır. Və bu iş peşəkarların əlindən çıxanda nəticə daima göz qabağında olur və baxanlar həm həzz alır, həm də reklamda çatdırılmalı olan mesajı müvəffəqiyyətlə alırlar. 

    Yeri gəlmişkən, reklamda vacib deyil ki, fotolardan istifadə olunsun, bunun yerini gözəl rəng harmoniyası olan illustrasiyalar da əvəz edə bilər.

    Hətta çirkli və səliqəsiz çəkilmiş illustrasiyalar reklama xüsusi gözəllik verə bilər. 

    Burda əsas məqsəd istənilən kütlənin diqqətini cəlb etmək və reklama tökülən xərclərin hədər getməməsidir. Bunun üçün reklam peşəkar əllərə həvalə edilməli və effektiv nəticəsi olmalıdır.

    Reklamda həmin günlərdəki hansısa trend olmuş söz və ya ifadə istifadə olunması da reklamı effektiv edə bilər. Ancaq buna gərək hamıdan öncə müraciət edəsən və çox da şit alınmamağına diqqət yetirəsən. 

    Bu günlərdə bizim şəhərdə 7-dən 77-nə hamının dilində olan məşhur “Davay Dosvidaniya” yumorik ifadədən UniBank uğurla ifadə etmiş və deyərdim reklam uğurlu alınmışdır.

    Dünya trendində yumorik reklamlar daha çox yer tutur, bu da insanların işdən gələrkən işdən aldıqları stressləri darıxdırıcı bill-board və reklam lövhələrində daha gülməli və pozitiv elanlara baxmaqla atmaqlarına da kömək etmək məqsədi daşıması əsas tutulur. Ancaq burada da çox yumorik reklam həm şirkəti qeyri-ciddi ifadə edər, həm də onu gözdən sala bilər. Sadəcə, incə nüanslar var ki, onları da peşəkarlar bilirlər.


    Share/Bookmark Baxış sayı:4888
  • Maccaly CMATEGR -M1
    Qiyməti: 25 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013