Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • İnternet-reklam ödəmənin müxtəlif modellərinin xüsusiyyətləri

    CPM, CPC, CPL,CPO, CPS- bütün bu variantlar internet-marketinq vasitəsilə sizin müştəriləri cəlb etmə şərtləridir.

    İnternet-reklam effektiv olmalıdır

    İnternet-reklam müxtəlif formalarda yayımlana bilər (bannerlər, video çarxlar, mətn mesajları, elanlar), bundan başqa, o gərək müəyyən bir nəticəyə gətirib çıxarsın. Bir qayda olaraq, gərək nəticə reklamverənin gəliri olsun. Lazımi nəticəni almadan marketinqə investisiya qoymaq mənasızdır. O cümlədən, kampaniyaya verə biləcəyi gəlirdən çox pul xərcləmək də mənasızdır (real və yaxud potensial). Aydındır ki, internet-reklamın inkişafı onun effektivliyinə səbəb olur. Goldman Sachs analitik mərkəzinin ekspertlərinin fikrincə, 2012-ci ildə Rusiyada bu seqment 17% artmalı və 60 milyard rubl həcmində olmalıdır.

    rec1.JPG

    Şəkil1. 2011-ci ildə internet-reklamın həcmi (Rusiya reklam bazarında ümumin həcmin %-lə ifadəsi).

    Rusiya Kommunikasiya Agentlikləri Assosiasiyasının məlumatına görə, seqment həqiqətən işləyir və gəlir gətirir. Reklamverənlərə yalnız reklam yerləşdirmənin nəticəliliyini qiymətləndirmək lazımdır. Belə həmişə müsbət tərəfə işləmək olar. Hal-hazırda internet-reklam ödəmənin bir neçə modelləri var, hansı ki, reklamverənlərin məqsədlərindən asılı olaraq bölünür. Bu modellər içərisində:CPM (Cost per Millenium (Thousand)), CPC (Cost per Click), CPL (Cost per Lead), CPO (Cost per Order), CPA (Cost per Action), CPS (Cost per Sale).

                                                                              Ödəmə modellərinin xüsusiyyətləri

    Ödəmə sistemləri necə işləyir və effektivliyin hansı göstəricisinə gətirib çıxarırsa məhz onunla işləmək lazımdır.

    CPM – müəyyən bir məbləği elan və yaxud bannerin 1000 göstəricisi ilə nəzərdə tutur. Faktiki olaraq, bu ödəmənin gözlənilməz bir modelidir, hansı ki, heç bir nəticə olmadan böyük xərclərə gətirib çıxara bilər. Hər şey göstəricilərin konvertasiyasından asılı olacaq (daha doğrusu, elanı görənlərin neçə faizinin sayat daxil olacaq və müştəri olacaq), həmçinin resursun yönləndirilməsindən asılıdır. Əgər resurs hədəf kütləsini cəlb edirsə, onda onunla əməkdaşlıq sərfəli ola bilər.

    CPC-elan üzrə hər “klik”in ödənişini özündə cəmləşdirir. Artıq burada konvertasiya nəzərə alınır, hansı ki, ödəmə modelini daha faydalı və reklamverən üçün münasib edir.

    Bundan başqa, yuxarıda göstərilən hər iki model sayt sahiblərinə statistikanı manipulyasiya etməyə imkan verir (süni şəkildə göstəriciləri artırmaq), daha doğrusu, reklamverənə daha çox pul ödəməyə sövq etmək.

    CPL – bu daha çox inkişaf etmiş modeldir. O reklamverənin saytının ziyarət edən istifadəçi haqqında bu və ya digər məlumatın əldə edilməsi zamanı ödəməni həyata keçirir. Əldə edilən məlumat “lid” adlanır, o növbəti reklam və tədqiqatlar üçün marketinq məqsədlərində istifadə edilə bilər. “Lid” tərəfindən əldə edilən göstərici yalnış ola bilməz. Heç də yüksək olmayan dəyər müqabilində o reklamverənə lazımi nəticəni verir.

    CPO – elə bir modeldir ki, burada məhsulun sifariş formasını doldurduqdan sonra ödəniş edilir. Müştərinin link vasitəsilə daxil olduğu saytda sifarişi təsdiq etdikdən sonra müəyyən məbləğ əldə edir. Göstəricidə fırıldaqçılıq etmək demək olar ki, mümkün deyil. Doldurulmuş sifariş formasının konvertasiyası çox yüksəkdir (50-90%). Uyğun olaraq, ödəmə modeli də reklamverən üçün münasibdir.

    CPS – dəqiq satın alma həyata keçiriləndə sayta edilən ziyarət üçün ödəmədir. Faktiki olaraq, bu cür modelin istifadə edilməsi zamanı reklamverən gəlirin bir hissəsini saytla bölüşür, hansı ki, ona müştərini əldə etməkdə kömək etmişdir. Ödəniş sabit şəkildə ola bilər və yaxud sifarişin həcminin müəyyən bir faiz hissəsini təşkil edə bilər. Bununla yanaşı, internet-reklamın qiyməti yüksək olur, yəni sifarişin həcmindən asılı olaraq 10-30% olur.

    Ödəmənin konkret modelləri nə zaman münasibdir

    Bu və yaxud digər modelin istifadə edilməsi qərarını yalnız reklamverən müəyyən edir, lakin bir çoxları konkret təklif olunan saytlardan asılıdır.

    rec2.JPG

    Şəkil 2. Sayt sahibləri tərəfindən reklamverənlərə təklif olunan variantlar.

    CPM və CPC modellərin istifadəsi ən yaxşısı profil saytlarına, o qədər də çox baxış sayı olmayan – sutka ərzində 300-500 baxış sayı olan sosial şəbəkə qruplarına elan verilməsi ola bilər. CPM və CPC-də yaxın gələcəkdə pul qazanmaq məqsədilə hər hansı yeni layihə yaratmaq olar.

    CPL modeli bir neçə sfesifik resursları effektiv şəkildə reklam etmək məqsədilə kömək edə bilir- bank və yaxud sığorta şirkətləri saytlarını və s. Bütün bu saytlarda potensial müştərilər anketi doldura bilər və bu “lid” tərəfindən qəbul ediləcək. Gələcəkdə isə əldə edilən məlumatlar gəlirləri ilə birlikdə kampaniyada istifadə ediləcək.

    CPO, CPA və CPS modelləri reklamverənlər üçün ən cəlbedicidir. Ancaq sifarişə görə qiymət, fəaliyyət və yaxud satın alma yüksək olur. Uyğun olaraq, belə modellər üzrə reklamı ciddi portallar, xəbər lentlərində, profil saytlarında və forumlarda yerləşdirmək doğru olardı.

    rec3.JPG

    Şəkil 3. Sərfəli ödəmə modellərinin populyarlığı.

    Xoşbəxtlikdən, reklamverənlərin effektiv reklam yerləşdirilməsi ilə bağlı bir çox variantları var. Bir çox saytlar və agentlik-inteqratorlar CPA və CPS modelləri üzrə ödəmə təklif etməyə hazırdırlar.

    Ödəmə modelləri xüsusiyyətlıərinə sahib olaraq reklamverən partnyor proqram və kampaniyanın idarə sistemi ilə əməkdaşlıq edə bilər. Buna görə də, partnyor proqramını əldə etmək lazımdır, hansı ki, internet-reklamların bütün ödəmə modellərini əhatə edir.

    e-xecutive.ru


    Share/Bookmark Baxış sayı:4456
  • LEICA 144-91 HDMI cable
    Qiyməti: 25 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013