Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Reklam sloqanları: sözlərin gücünü necə istifadə etmək olar

    Reklam –inandırıcı yazı nümunələrinin axtarışı üçün ideal sahələrdən biridir. Xüsusən də reklam şüarları inandırma sahəsində sanki bir möcüzədir. Məsələn:

    «Çox güman ki, bu dünyada ən yaxşı pivədir» – Carlsberg.
    «Çünki, siz buna layiqsiniz» – L'Oreal.
    «Məhz bankanın üzərində yazılan kimi edir» – Ronseal  (boyalar).
     «Guinness – ən yaxşısı sizin üçün» – Guinness.
    «Müstəqil. O, doğrudan da belədir. Bəs siz? – The Independent (ingilis dilindən tərcümədə -müstəqil deməkdir).

    Bütün bunlar həqiqətən effektiv sloqanlardır, amma onlar müxtəlif inandırma metodlarına əsaslanırlar. Carlsberg digərləri üzərində üstünlük metodunu seçir. Ronseal məhsulları isə həqiqətən işə yarayır. The Independent oxuyucuya özünü ağıllı və intellektual hesab etməyə, həmçinin seçilmişlər sırasında olduğunu hiss etməyə imkan verir. Mahiyyət etibarı ilə əksər reklam sloqanlarını aşağıdakı beş kateqoriyadan birinə daxil olur.

    •    Üstünlük – bu ən yaxşı məhsuldur.
    •    Bankanın üstündə yazılan kimi edir –yəni məhsul həqiqətən də işə yarayır.
    •    Həyat tərzi-bu məhsul sizin sağlamlığınızın və ya həyat tərzinizin həqiqətən də xeyrinə olacaq.
    •    Ağıllı –bu məhsul məhz sizin kimi ağıllı insanlar üçündür.
    •    Cəsarətli və ürəkli –bu məhsul sizin bütün əvvəlki inamlarınıza , stereotiplərə meydan oxuyur.
    •    Eksklüziv- bu məhsula sahib olmaqla siz elit təbəqənin bir üzvünə çevrilirsiniz.
    •    Xatırladıcı – siz bu məhsulu tanıyırsınız, biz sadəcə onu sizin yadınıza salmaq istəyirik.

    Müxtəlif sloqanlardan savayı reklam həm də bir sıra inandırma texnikasının qızıl dəstidir. Əgər siz reklamda işləyirsinizsə, onda çox güman ki, rəqiblərin məhsulunu analiz edir və onu demək olar ki, bütünlüklə tanıyırsınız. Əgər elə deyilsə, onda mən sizə israrla televizordakı reklam elanlarına baxmağı tövsiyə edirəm. Onda sizə hansı reklamda hansı strategiyanın istifadə edildiyini çox rahat anlaya biləcəksiniz. Sonra isə onları yazdığınız sənədlərə tətbiq etməyə çalışın. Gəlin televiziya reklamlarından bəzi nümunələri nəzərdən keçirək

    Avtomobil sığortasından daha çox bir şey –bu reklam sizin avtomobil sığortasını ödəyərkən əldə etdiyiniz əlavə dəyər haqındadır. Bu, bizim dərhal fayda əldə etmək istəyimizə istinad edir, yəni bizim mənfəət əldə etmək arzumuzdan bəhrələnir –bəlkə də bu kompaniyanın xidmətlər paketi digərlərindən daha pisdir, amma ümumi dəyər elə də böyük görünmür. Hər dəfə maşın sığortasının pulunu ödəyəndə nə qədər qənaət etdiyimi hesablamağı sevirəm, bu reklam da məhz həmin istəklərə toxunur.

    DFS divanlarının reklamları da eyni metodu istifadə edir, onlar böyük endirimlər və faizsiz kreditlər təklif edilər. Bu böyük rəqabət mühiti olan bazarlarda reklamçıların istifadə etdiyi ən sevimli metodlardan biridir, çünki bu bahalı məhsullar rəqiblərinkindən demək olar ki, elə də çox fərqlənmir.

    Volkswagen Polo. Volkswagen bilir ki, o bahalı brend hesab olunur, ona görə öz reklamında məhz bu fikrə meydan oxuyur, bu fikri təkzib etməyə çalışır. Reklam bütünlüklə sizə təəccübləndirmək ideyası üzərində qurulub: sən demə, Polo –sərfəli qiymətədir. Bu auditoriyanın fikri ilə mübahisə etmək üçün çox gözəl nümunədir, yəni əvvəlcə onun fikri ilə razılaşırsan, onu qəbul edirsən, sonra isə hər şeyin dəyişdiyini göstərirsən.

    Waitrose (super-marketlər şəbəkəsi ). Waitrose isə ilk növbədə özünə ictimaiyyət arasında nüfuz qazanmağa çalışır, ona görə də onlar sosial təsdiq yolu tutublar. Onlar baş-aşpaz Xeston Blyumentalı brendin əsas siması olmağa dəvət etdilər. O, ölkənin ən məşhur baş-aşpazlarından biri olduğu üçün, onun rəyinə ölkədə böyük hörmət var. Məhz bu nüansdan istifadə etməklə Waitrose öz hədəf auditoriyasının etibarını əldə etmək istəyir.

    Eynisözü Azərbaycanda “Atena” məhsulları ilə bağlı da demək olar. Reklamda məşhur göz cərrahı Paşa Qəlbinurun çəkilməsi həmin brendə qarşı rəğbət hissi oyatmaq məqsədi daşıyırdı.    

    Nəhayət reklamların və onların effektivliyinin daha dərindən analizi müştərini inandırmaq məqsədi ilə istifadə olunan sözlərdən hansıların müsbət, hansıların isə mənfi emosiya yaratdığını göstərir. Cədvəldə sizin oxucuda müvafiq olaraq pozitiv və neqativ təəssürat oyatmaq məqsəd ilə istifadə edə biləcəyiniz  sloqanlar dərc olunmuşdur.

     

    İnsanı hərəkət etməyə həvəsləndirən pozitiv sözlər Nəsə etməsən –çox dəhşətli nəticə olacağından xəbər verən neqativ sözlər
    Yenilik (yeni şey adətən daha yaxşı hesab olunur – «yenilik» «ixtira», «sıçrayış», «irəliləyiş» Nəticə– «fəlakət», «bədbəxtlik»
    Güvənlik – «sübut olunub ki», «təminat veririk ki», «tamamı ilə təhlükəsizdir», «ən etibarlı» Təsir -«itkilər», «əzab-əziyyət», «ağrı», «çətinlik»
    Həyat tərzi – pozitiv təsir: «sağlamlıq», «azadlıq», «sadə və asan» Həyat tərzi – neqativ təsir: «sağlamlıq», «azadlıq», «biznes»
    Tamahkarlıq – «ən yaxşı», «pulsuz», «nəticələr», «iqtisadiyyat», «təklif» Şəxsi (bir başa oxucu ilə ünsiyyət) – «siz», «sizin», «sizin məsuliyyətiniz»,
    Şəxsi (bir başa oxucu ilə ünsiyyət) – «siz», «sən», «sizə məxsus», Vaxt sərhədləri (nə vaxt hərəkət etmək) «elə indi», «olduqca tez», «fəaliyyət», «dəyişiklik»
    Eksklüzivlik «məhdud sayda», «yalnız sizin üçün» «eksklüziv»  
    Vaxt sərhədləri (nə vaxt hərəkət etmək/gözləmək) – «elə indi», «tezliklə», «çox qısa müddətdə».  

    Amma əlbəttə ki, bu sözlərin həddindən çox işlənməsi sizin yazılı sənədinizi ticarət təklifi əvəzinə, satış telekanalının ssenarisinə çevirəcək. Mətnə hər şeyi eyni anda sığdırmağa çalışmayın. Məsələn:

     «Nəyə görə siz risk edib, işin pis nəticəsinin yekunu olaraq meydana çıxan çətinliklər ilə üzləşəsiniz? Bizim inqilabi xidmətlər sizi çoxdandır arzusunda olduğunuz azadlıq ilə təmin edəcək. Bizim eksklüziv və məhdud sayda olan təklifimizdən yaralanaraq nəticəni dərhal əldə edəcəksiniz»..

    Əgər siz satış telekanalında işləmirisinizsə, yaxşı olar ki, bunu etməyəsiniz.

    e-xecutive.ru


    Share/Bookmark Baxış sayı:5489
  • LEİCA 187-12 Hand grip for X1
    Qiyməti: 12 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013