Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Krizdə reklam verən bazar payını artırır ???

    Millward Brown-un araşdırması    

    İngiltərədə 1991-1992-ci illərdə baş verən maliyyə böhranında reklam büdcəsini azaltmayan Haaagen Daszın satışları hardasa ildə 4 dəfə artdı. Marka tanıtımı isə 1-dən 23-ə qalxdı. Yenə eyni vaxtda avtomobil markası Renault krizdən istifadə edib daha da yatırım edərək Clio markasını avropada məşhur edə bildi. Və qısa müddət öncə marka tanıtımını 65%-ə qaldıra bildi. Awareness index (fərqlilik indeksi) isə 7-ə çatdı. Millward Brown araşdırma şirkəti isə sırf kriz dönəmində “markanın idarə olunması” sahəsində buna bənzər bir çox örnəklər göstərir.

    10 % paya 20 % reklam

                Və artıq isbat olunub ki, kriz vaxtı reklam və marketinq xərclərinə ara verməyən markalar bazar paylarını, marka tanıtımını, gəlirlərini artırmış olurlar. Krizdə həmçinin məşhur formul mövcuddur. O da bazar payından 2 dəfə çox reklam xərci etməkdir. Yəni məsələn 10 % bazar payına sahibsənsə ümumi reklam bazarında sənin payın bundan 2 dəfə çox yəni 20 % olmalıdır. Və belə olan halda krizdən sonra artım həmən hiss olunacaqdır.

    Enmə başlayarsa əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq

    Durğunluq dönəmlərində ilkin baxışda bəzi xərcləri azaltmaq, xüsusən markaya yatırılan investisiyaları azaltmaq məntiqli görünsə və qısa müddətə faydalı olsa da sonrakı dövrdə şirkətin işində balaca bir axsamada müştərilər bunu hiss edəcək və o andan gəlirlərdə və imicdə azalma başlayacaqdır. İtiriləni isə bərpa həmişə mövcud olanı qorumaqdan çox-çox çətin olur.

    Gizli təhlükə - Promoşn kompaniyalar

    Böhran ərəfəsi marka idarə edilməsi araşdırmalarına görə qısa vədəli endirim kompaniyaları, qiymətlərin əsaslı salınması, marka dəyəri, imic üçün təhlükə törədir. Qısa müddət üçün satışları sabit saxlamaq, bəzi əsaslı xərcləri ödəyə bilmək imkanı verən qısa vədəli promoşnların şirkətə faydalı olması bir gerçəkdir. Ancaq araşdırmalar göstərir ki, bu ancaq və ancaq qısa dönəmdə olmalıdır.Adətən belə aksiyalar davamlı olarsa, markaya, imicə sədaqət faizi 81-dən 55-ə qədər düşə bilir. Və ondandır ki, bəzi brendlər var ki, nə olur olsun qiymətlərini salmamaqda israr edirlər, hətta zərərlə olsa da. Və bu baxımdan promoşnları markaya, imicə gizli təhlükə kimi görmək olar.

    Kriz vaxtı nə etməli?

    - Markanı, məhsulu müştərilərin gözündə fərqli edəcək özəlliklər önə çıxarılmalı

    - Öz əsas strateji markalara yatırımlar artırılmalı, bəzi kiçik fayda verən markalardan müvəqqəti də olsa imtina edilməli

    -  Starteji malların çeşidlərini artırmaq olar

    - Əgər ancaq xərcləri azaldıb zərərdən qaçmaq olursa və rəqib də qiyməti endirirsə o zaman acaq endirimə başlamaq olar

    - Müştərilərlə münasibətlər artıq hər müştəriyə ayrı diqqət, ayrı münasibət müstəvisinə keçməlidir və direkt marketinq kompaniyalarından istifadə olunmalıdır.

    facemark.az


    Share/Bookmark Baxış sayı:4088
  • PENTAX Neoprene Case
    Qiyməti: 2 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013