Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Reklam

    Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi.

    Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir.Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər.

    Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.

    Reklam xərcləri son illərdə artmaqdadır. 2007-ci ildə reklam xərcləri ABŞ-da 150 milyon dünya miqyasında isə 385 milyon USD olaraq hesablanmışdır və sonuncunun 2010-cu ildə 450 milyonu aşacağı gözlənilir. Hazırda bir çox insanlar daha ucuz, lakin eyni zamanda daha effektli reklam metodları axtarmaqdadır. Nisbətən daha ucuz olan reklam növlərinə direkt marketinq və təşviqedici reklam məhsullarını aid etmək olar. Direkt marketing hansısa tədbirlərdə və ya sadəcə kampaniyanın tərkib hissəsi olaraq təşviqedici reklam məhsullarının da verilə bilindiyi insanlara üzbəüz, birbaşa təsiri nəzərdə tutan bir vasitədir. Təşviqedici reklam məhsulları bir qayda olaraq kütləvi şəkildə satın alındığından daha ucuz bir üsuldur. Direkt marketinqlə birlikdə təşviqedici reklam məhsulları kiçik vəsaitlə olduqca effektli bir marketinq kampaniyası təmin edir.Reklamın növləri

    Faktiki olaraq reklam üçün hər bir vasitə istifadə oluna bilər.Kommersiya məqsədli reklam vasitələrinə divar rəsmləri,bilbordlar, küçələrdə yerləşdirilən müxtəlif predmetlər(skamya,avtobus dayanacaqları, kücə işıqları və.s),radio,kino, televiziya, web bannerlər ,mobil telefon ekranları,alışveriş kartları, web pop-up, kiçik təyyarələrin istifadə olunduğu səma yazıları, avtobus dayanacaqlarındakı oturacaqlar,insan bilbordları(reklam xarakterli lövhə və ya geyimlərin geyinilməsi ilə),jurnallar, qəzetlər, şəhər carçıları,təyyarələrin üzərinə və ya yanlarına banner yapışdırma(logojetlər), uçuş zamanı oturacaqların arxasındakı yemək stolu, taksi qapıları, ,musiqili səhnə tamaşaları,metro platformaları və qatarlar, ,vanna otağı kabinalarının qapıları,supermarketlərdə almaların üzərindəki etiketlər,afişalar,supermarket çekləri və ya müxtəlif bilətlərin arxası aid edilə bilər.Müəyyən bir yerdə təyin olunmuş sponsorun müəyyən məbləğ ödəməklə hansi bir vasitə ilə məlumat çatdırması reklamdır.

    Televiziya

    Populyar televiziya proqramlarının efir vaxtında göstərilən reklamlar üçün ödənilən yüksək məbləğlərdən də göründüyü kimi televiziya reklamları kütləvi istehlak malları bazarı üçün ən effektiv reklam formatıdır.ABŞ-da illik Super Bowl Football oyunu televiziyada ən görkəmli reklam hadisəsi hesab olunur. Bu proqram müddətində sadəcə 30 saniyəlik reklam vaxtının orta qiyməti 3 milyon USD-yə qədər çatmışdır(2009-cu il üzrə). Bir çox reklamlar istehlakçıya tez bir vaxtda məhsulu xatırlada biləcək mahnılarla və ya sloganla musiqinin birləşməsindən ibarət olan "jingle"la xarakterizə olunur.

    İnfomercials(Reklam çarxları)

    Reklam çarxı əsasən 5 dəqiqə və daha uzun müddətli uzun televiziya reklamı formatıdır. "İnformercial" "information" və "commercial"sözlərinin birləşməsindən yaranan bir termindir.Reklam çarxlarının əsas məqsədi istehlakçılarda ani alma istəyi,alış impulsu yaratmaqdır: beləliklə alıcı təqdimatı görür və dərhal göstərilən ödənişsiz telefon nömrələri və ya websayt vasitəsilə məhsulu alır.İnfomercial adətən məhsulları və ya onların xüsusiyyətlərini təsvir edir, göstərir və ya nümayiş etdirir və ümumi olaraq istehlakçı və ya mütəxəssislərdən şəhadət gətirir.

    Radio reklamı

    Radio reklamı radio vasitəsilə edilən reklam növüdür. Reklamların yayımlanması qarşılığında efir vaxtı stansiyadan və ya şəbəkədən alınır. Radio reklamının açıq aşkar görünən yalnız səslə məhdudlaşma çatışmazlığına baxmayaraq radio reklamının tərəfdarları bunu tez tez bir üstünlük olaraq dəyərləndirirlər.

    Çap reklamı

    Çap reklamı reklamın qəzet,jurnal,kataloq kimi yazılı vasitələrlə ifadə şəklidir. Bu növ reklam geniş oxucu bazasına malik olmaqla başlıca ümummilli qəzet ve jurnallardan daha kiçik sayda oxucusu olan müxtlif yerli qəzetlər və ya ixtisaslaşmış kataloqlara qədər geniş sahəni əhatə edir. Rubrika reklamı çap reklamının bir növü olmaqla məhsul və ya xidmətləri daha aşağı qiymətlə reklam etmək üçün ayrı-ayrı şəxs və ya şirkətlərə daha kiçik və ya daha az hədəf kütləsi olan kiçik reklam yerləri almaqla reklam etmə imkanı yaradır.

    Onlayn reklam

    Onlayn reklam İnternet və World Wide Web istifadə etməklə istehlakçıları cəlb etmək üçün marketinq ismarıcını çatdıran reklam növüdür. Onlayn reklama axtarış sistemi nəticə səhifələrindəki kontekst reklamları,banner reklamları, sosial şəbəkə reklamlarını,onlayn rubrika reklamlarını, reklam şəbəkələrini və spam mailler də daxil olmaqla e-poçt vasitəsilə marketinqi misal göstərmək olar.

    Bilbord reklamı

    Bilbordlar ictimai yerlərdə reklam məlumatını keçən piyada və avtomobillə hərəkət edən insanlara nümayiş etdirən iri strukturlardır.Bir çox hallarda onlar çoxlu sayda piyada və avtomobillərin keçdiyi əsas yolların yaxınlığında yerləşdirilir. Bununla belə, onlar izləyənlərin çox ola biləcəyi ictimai nəqliyyat vasitələrinin üzəri ticarət mərkəzi,ofis binaları və stadion kimi hər hansı bir yerdə də yerləşdirilə bilər.

    Mobil bilbord reklamı

    Mobil bilbordlar yük maşını və ya rəqəmli ekran ola bilər. Bu əvvəlcədən müştəri tərəfindən təyin olunmuş marşrut üzrə hərəkət edən və yalnız reklam daşımaq üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi və ya xüsusi olaraq təchiz edilmiş yük maşınlarıdır.Bilbordlar əksər hallarda işıqlıdır və müxtəlif növ isıqlandırıcı vasitələrdən istifadə edilir.Bəzi bilbord ekranları statik olduğu halda bəziləri periodik və ya davamlı olaraq bir neçə reklamı dəyişdirərək verən ekranlara sahibdir.

    Mobil bilbordlar bütün dünyada metropolitenlərdə müxtəlif məqsədlərdə istifadə olunur.Buraya daxildir:

        Bir günlük və uzunmüddətli kampaniyalar;

        Qurultay,görüş xarakterli tədbirlər;

        İdman hadisələri;

        Mağaza açılışları və bənzər tədbirlər;

        Daha kiçik şirkətlərin böyük reklam kampaniyaları;

        Digərləri;

    Mağazadaxili reklam

    Mağazadaxili reklam hər hansı pərakəndə satış mağazası daxilindəki reklamdır. Buraya kassanın yanı və ya keçidlərin sonu kimi yerlərdə məhsulların yerləşdirilməsi ,müəyyən bir məhsulun diqqət çəkici nümayişi, alış-veriş kartındakı reklamlar və mağaza daxili video nümayişləri aiddir.

    Gizli reklam

    Gizli reklam gerilla marketinqin bir növü hesab olunmaqla məhsul və ya brendin mediada və ya əylənəcə xarakterli hər hansı bir yerdə yerləşdirilməsidir.Məsələn, Minority Report filmində Tom Cruise-un canlandırdığı filmin baş xarakteri Jon Andertonun açıq aydın görünən Nokia logolu telefon istifadə etməsi və üzərində Bulgari yazılı saat taxmasinda olduğu kimi hər hansı bir filmdə baş rol oyunçusu hər hansı bir əşyanı və ya brendi istifadə edə bilər.Filmlərdəki reklamın başqa bir nümunəsi I,Robot filmində Will Smith-in oynadığı baş qəhrəmanın Converse ayaqqabısını bir neçə dəfə xatırladaraq onları klassika olaraq adlandırmasıdır.I,Robot və Spaceballs filmləri həmçinin ön hissələrində logoları açıq seçilən Audi və Mercedes-Benz avtomobilləri üçün vitrin olmuşdur.Cadillac firması reklam üçün Cadillac markalı avtomobillərin bir çox səhnələrdə istifadə olunduğu Matrix Reloaded filmini seçmişdir.Analoji olaraq Omega Watches, Ford, VAIO, BMW və Aston Martin kimi avtomobillər sonuncu James Bond filmlərində daha qabarıq şəkildə isə Casino Royale filmində göstərilmişdir.Blade Runner filmi reklamın ən bariz nümunələrindən biri olmuşdur. Belə ki, bütün film koka-kola reklam lövhəsini göstərmək üçün dondurulmuşdur.

    Məşhur insanların iştirakı ilə reklam

    Bu növ reklam malları tanıtmaq və ya müxtəlif mağaza və onların mallarını tanıtmaq üçün məşhur insanların gücündən.şöhrətindən və populyarlığından istifadə edilməsini nəzərdə tutur. Reklam verənlər əksərən öz mallarını məşhur bir insanın öz sevimli mallarınının adını insanlarla bölüşməsi və ya hər hansı bir brend və ya dizaynerə aid geyimlərdən istifadə etməsi yolu ilə tanıdırlar. Məşhurlar daha çox televiziya və ya hər hansı ümumi və spesifik bir məhsulun reklam edildiyi yazılı reklam kampaniyalarına cəlb olunurlar. Bununla belə, reklamda məşhurlardan istifadə etməyin öz mənfi tərəfləri də var. Məşhur bir insanın hər hansı bir səhvi brendin ictimaiyyətlə əlaqələrinə mənfi təsir göstərə bilər. Məsələn,2008 Çin Olimpiya oyunlarında 8 qızıl medal qazanmasının ardından üzgüçü Michael Phelp-in Kellog şirkəti ilə olan müqaviləsi şirkətin üzgüçünün marixuana çəkərkən şəklinin çəkilməsiylə əlaqədar olaraq onunla əlaqələrinin davam etməsini istəməməsi səbəbindən bitmişdir.

    Media və reklam yanaşmaları

    İstehlakçıların xəbər almaq və musiqi üçün İnternetdən istifadəsində baş verən dəyişiklər nəticəsində digər media kanallarının televiziya,radio,qəzet kimi ənənəvi vasitələr üzərində üstünlük əldə etməsi meyli getdikcə genişlənməktədir.

     

    World Wide Web reklamda son yeniliklərdən sayıla bilər. Web əsaslı reklamların qiyməti məzmunun "uyğunluğundan" və saytı ziyarət edənlərin sayından asılı olaraq dəyişir.

    Rəqəmli afişalar daha az vəsaitlə daha çox auditoriyaya çatmaq özəlliyi səbəbindən başlıca kütləvi media vasitəsi olmaq məqsədilə yaradılmışdır. Texnoloji irəliləyişlər ekrandakı reklam məlumatını dəqiqliklə idarə etmə imkanı yaradır ki, bununla da reklamı istənilən zaman və məkanda hədəf auditoriyaya münasib hala gətirilməklə reklamdan daha çox səmərə əldə etmək şansı yaradır. Rəqəmli afişalar supermarketlərdə uğurla istifadə olunmaqdadır.Rəqəmli afişaların uğurla istifadə olunduğu digər yerlərə restoran və ticarət obyektlərini misal göstərmək olar.

    Elektron poçt reklamı isə digər yeniliklərdəndir. İstənməyən kütləvi e-poçt vasitəsilə reklam "spam"adıyla tanınmaqdadır. Spam e-poçt istifadəçiləri üçün illərdir problem olmaqdadır.Lakin hal-hazırda alınan e-poçtlara nisbətən daha asan bir şəkildə nəzarət etməyə imkan yaradan vasitələr vardır.

    Bəzi şirkətlər daşıyıcı roketlərin və Beynəlxalq Kosmik Stansiyaların üzərində ismarıc və logoların yerləşdirilməyini təklif etmişdir. Təhtəlşüur reklamın effektivliyi və kütləvi ismarıcların yayılması ilə bağlı isə fikir ayrılıqları mövcuddur.

    Ödənişsiz reklamlaşdırma minimal xərclərlə yaxşı tanınma təmin edə bilər. Şəxsi tövsiyələr ,söhbətlərin insanlar arasında yayılması, brendin ümumi isimlərlə eyni adlandırılması (ABŞ-da "Xerox"="fotosurətçıxarma aparatı""Kleenex="toxuma","Vaseline=vazelin,"Hoover="vakumlu təmizləyici","Nintendo"="video oyunları")hər hansı bir reklam kampaniyasının ən uğurlu elementləri sayıla bilər.Bununla belə,bəzi firmalar brend adlarının hansısa əşyalarla eyniləşməsinə qarşıdırlar. Brend adının ümumi isimlərlə eyniləşdirilməsi onun əmtəə nişanı kimi hüquqi müdafiəsinin itməsi mənasına gələn ümumi terminə çevrilməsi riskini daşıyır.

    1998-ci ildə mobil telefonların kütləvi media kanalına çevrildiyi zaman Finlandiyada ilk ödənişli yüklənə bilən məzmunun telefonlarda görünməsindən az sonra mobil telefon reklamı yarandı və həmçinin bu ilk dəfə 2000-ci ildə Finlandiyada baş verdi. 2007-ci ildə mobil telefon reklamının dəyəri 2,2 milyon USD-yə çatdı və AdMob kimi təchizatçılar günümüzədək milyonlarla reklam ismarıcı çatdırmışdır. Daha qabaqcıl mobil reklamlara banner reklamlarını,kuponları, MMS vasitəsilə şəkilli və ya video ismarıcları və müxtəlif təmayüllü marketinq kampaniyalarını misal göstərmək olar. Müasir telefonların kameraya sahib olma özəlliyindən istifadə etməklə web məzmunların tez bir şəkildə əldə edilməsi imkanı yaradan 2DBarcode xüsusiyyəti mobil reklam sahəsində inkişaf edən bir sahədir.Yaponiyada mobil telefon istifadıçilərinin 83 faizi artiq 2DBarcode-un aktiv istifadəçiləridir.

    Reklamın surətlə inkişaf edən digər bir növü də sosial şəbəkə reklamıdır. Bu sosial şəbəkə saytların üzərində mərkəzləşən onlayn reklam növüdür. Bu nisbətən inkişaf etməmiş bir bazar olmağına baxmayaraq reklamverənlərin istifadəçilərin sosial şəbəkə saytlarında yerləşdirdiyi demoqrafik məlumatlardan istifadə edə bilmə üstünlüyünə görə gələcək vəd edən bir sahədir.


    Share/Bookmark Baxış sayı:5039
  • Maccaly TANKB-T5
    Qiyməti: 12 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013