Az   Eng   Ру
Facebook   Twitter



  • Xəbərlər
  • Reklam
  • İctimai Əlaqələr (PR)
  • Marketinq
  • Kampaniyalar
  • Texnoloqiyalar
  • İzahlı lüğət
  • Qanun
  • Qazananlar
  • Marketinqin prinsipləri

    Marketinqin prinsipləri marketinq fəaliyyətində yerinə yetirilən funksiyaların əsaslandığı ümumi prinsiplərdir, marketinq nəzəriyyəsinin əsas ilkin müddəalarıdır. İqtisadi ədəbiyyatlarda marketinqin ümumi prinsipləri aşağıdakı kimi şərh edilir:
    Müəssisənin yüksək rentabelli işləməsinin təmin edilməsi; satış problemlərində qarşıya çıxan məsələlərin həllində çoxvariantlılığın mövcudluğu; uzunmüddətli kommersiya uğurlarının təmin edilməsinə istiqamətlənmə; istehsal-satış fəaliyyətinin bazarın tələblərinə istiqamətləndirilməsi; əmtəə istehsalının bazarın tələbatından funksional asılılığı; fəaliyyətin istehsalın imkanlarına görə yox, bazarın tələbinə uyğun olaraq təşkil edilməsi; məhsulların bazarda yüksək rəqabət qabiliyyətinin təmin edilməsi; bazarın vəziyyətinin, onun perspektiv inkişafının, həm də məhsullara istehlakçıların potensial tələbatlarının kompleks qaydada öyrənilməsi; alıcıların (müştərilərin) tələbatını tam ödəmək üçün məhsul istehsalı, buraxılışı və onun təkmilləşdirilməsini təmin etmək məqsədilə, elmi-tədqiqat, təcrübi-konstruktor və istehsal fəaliyyətinin təşkil edilməsi; istehsalla maliyyələşdirmə işinin qarşılıqlı əlaqələndirilməsi və planlaşdırılması; məhsulların reallaşdırılmasının ənənəvi qaydalarının təkmilləşdirilməsi və satışın daha yeni, mütərəqqi forma və kanallarının axtarılması; idarəetmənin daha çevik və səmərəli təşkili sisteminin tətbiq edilməsi; istehsal və satış proseslərinin maksimum qarşılıqlı təsirinin və sıx əlaqəsinin təmin edilməsi və s.


    Share/Bookmark Baxış sayı:3965
  • Tissot T33.7.638.81 T-Touch
    Qiyməti: 1574 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013