Az   Eng   Ру
Facebook   Twitter



  • Şirkət
  • Missiyası
  • Fəaliyyəti
  • İş Prinsipi
  • Faydası
  • Qazananlar
  • Şirkət

    Hər bir ölkədə Müstəqil Media inkişafının ən vacib şərti reklam bazarının yaradılmasından ibarətdir. Keçən əsrin sonunda, Azərbaycan Müstəqillik əldə edən kimi Respublikada geyri hökümət Mediası yaranmağa başladı. Əsasən bu qəzetlər idi, lakin 1991-ci ildə keçmiş SSRİ ərazisində ilk olaraq Azərbaycanda hətta Müstəqil Televiziya Şirkətidə yarandı. Bir kamera və primitiv montaj masası ilə silahlanmış qardaşlar (Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev)Totalitar Sovet siteminin dəmir qadağalarına baxmayaraq bu ANS-i yaratdılar. Lakin bu televiziyanın müstəgilliyi getdikcə təhlükə altına düşürdü. Müxtəlif siyasi qüvvələr, pul sahibləri və s. ANS-i özünküləşdirmək istəyirdilər. ANS-in təsisçiləri isə yaratdıqları Media qurumun Azərbaycanın Müstəqil, Demokratik və Sivil yolla inkişafında belə bir sözün əsl mənasında Müstəqil Televiziyasına tarixi ehtiyacını digərlərindən daha aydın anlayırdılar. İllər keçəndən sonra Azərbaycanın ən nüfuzlu Dövlət Xadimləri ANS-in ölkənin tarixində və bu günündə fədakar rolu haqqında öz müsbət fikirlərini söyləyəcəklər, amma o zaman baxımsızlığı qorumaq üçün ANS-in peşəkar səviyyədə qurulmuş Kommersiya Strukturunun yaranmasında zərurət var idi. Bu ağır işi qardaşlardan biri-Vahid Mustafayev öz çiyninə aldı.
     

    ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini qoyan ilk reklam agentliyidir. ANS Kommers-in yaradılması daxili və xarici şirkətləri Azərbaycanın reklam bazarına cəlb etmək və bu yolla ANS müstəqil inkişafını təmin etmək məqsədi güdürdü. Bu çox əzəmətli və o zaman üçün qeyri real bir məsələ idi. İş burasindadır ki, o vaxtlar xarici şirkətlər Azərbaycan bazarında o qədər də maraqlı deyildilər, o ki qaldı yerli şirkətlərə, Sovetlərdən yeni çıxmış insanların çoxu Reklamın faydasını heç anlamırdılar, digərləri isə sadəcə olaraq öz fəaliyyətlərini qapalı şəkildə aparmağa daha çox üstünlük verirdilər. Lakin ANS Kommers ən yeni reklam texnologiyaları ilə sahibkarları tanış etməkdə davam edirdi. Bir çox hallarda müştərilərə reklamın faydasını göstərmək məqsədi ilə hətta pulsuz reklam xidmətləri göstərilirdi, təmənnasız reklam məhsulları hazırlanırdı, bir sözlə balaca bir ANS Kommers şirkəti tək başına böyük bir ölkədə Reklam bazarı yaradırdı. Fəaliyyətə başladıqda sadəcə 16 kv/m2 ərazini əhatə edən Şirkət indi 520 kv/m2 ərazini əhatə edir. Uzaq 1995-ci ildə ANS Kommers Şirkətinin ümumi reklam gəliri (yəni ANS-TV və ANS-ÇM radiosunun yayımından) ayda 300 ABŞ Dolları təşkil edirdi. 2005-ci ildə isə, 10 əzəmətli ildən sonra bu rəqəm Min dəfə çox, yəni ayda 300 min ABŞ Dolları xəttini keçdi. Reklamdan alınan gəlirlər Şirkətin təsisçilərinə yox, ANS-TV, ANS-ÇM radio, ANS-Pressin və bu gün ANS Şirkətlər Qrupuna daxil olan digər Şirkətlərin yaranmasına və inkişafına yönəldi.

    ANS Kommers Şirkətinin ilk Baş direktoru və onu təsisçisi Vahid Mustafayev 1995-ci il tarixindən olmuşdur. Təməlini qoyub sonra digər kommersiya lahiyəri həyata keçirmək üçün artıq peşəkarcasına gurulmuş və mənfəət gətirən ANS Kommersi 1998-ci ildə Fuad Mustafayevə həvalə etmişdir. Sonradan 2001-ci il tarixindən Nərgiz Mustafayevanın 2008-ci il tarixindən isə, Aida Əliyevanın başçılığı ilə ANS Kommers fəalyyətini davam etmişdir.
    Şirkət yaranan gündən daim inkişaf edir əsas vəsaitləri işçilərin təhsilinə və yeni texnologiyaların tədbiqinə sərf edir. Hər il demək olar ki, iş prinsipləri muassirləşir və bu da öz növbəsində gəlirlərin artmasına imkan yaradır. Bu il ANS Kommers müştəriləri üçün yeni Qazanc Sistemi lahiyəsini təqdim edib. Bu dunyada ən yüksək inkişafa malik olan şirkətlərə məxsus olan sistemdir. ANS Kommers Şirkəti hər il öz reklamverən şirkətləri tərəfindən müxtəlif mükafatlarla təltif olunur. Ən əsası isə bu mətn yazılan zamanadək ANS Kommersin sayəsində ANS Şirkətlər öz müstəqilliyini qoruyub saxlaya bilib! Bununlada biz bütün Azərbaycan Xalqını təbrik edirik.

     

     

     

     

     

  • Сaran d'ACHE RNX 4583.082
    Qiyməti: 360 XAL




  • Azərbaycan English Русский ANS KOMMERS 2013